Masallı taekvandoçuları respublika çempionatında bir qızıl və bir gümüş medal qazanıblar
Masallı Regional Taekvando Mərkəzinin idmançıları Bakıda, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən respublika çempionatında bir qızıl və bir gümüş medal qazanıblar.

Üç gün davam edən və 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı yarışda Masallı yığması 10 idmançı ilə təmsil olunub.

Masallıdan olan Samir Məhərrəmov 51 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, fevralın 6-9-da Türkiyədə Klublararası V Avropa çempionatında, fevralın 11-14-də isə “Türkiyə Open” Beynəlxalq turnirində ölkəmizin idman şərəfini qoruyacaq

Xəbər 650 dəfə oxundu.