“Telekom” komandası Gürcüstanın “Tbilisi” klubuna qalib gəlib
Yanvarın 30-da qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışları çərçivəsində növbəti oyun keçirilib.

“Gənclik” Olimpiya İdman Kompleksində Gürcüstanın “Tbilisi” komandası Bakının “Telekom” klubu ilə qarşılaşıb.

Bakı təmsilçisinin üstünlüyü şəraitində keçən oyunda “Telekom” 3:0 hesabı ilə qalib gəlib.

Hesabındakı xalların sayını 24-ə çatdıran “Telekom” turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 19 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 676 dəfə oxundu.