“Sumqayıt” klubu “Qəbələ”nin yetirməsini heyətinə cəlb edib
“Sumqayıt” futbol klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

Komanda Azərbaycanın U-21 millisinin əsas üzvü olan Ehtiram Şahverdiyevlə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan 1996-cı il təvəllüdlü futbolçu “Sumqayıt”da 77 nömrəli formanı geyinəcək.

Xəbər 610 dəfə oxundu.