Şahmat üzrə Bakı birinciliyinə yekun vurulub
Respublika Şahmat Mərkəzində 2003–2004-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı birinciliyi keçirilib.

Yarışda 11 klubu təmsil edən 61 idmançı birincilik uğrunda mübarizə aparıb.

Yarışda oğlanlar arasında Vüqar Manafov birinci, Altay Eynullayev ikinci, Elnur Teymurov isə üçüncü pillədə qərarlaşıb. Qızların mübarizəsində isə Sədaqət Abbasova qızıl, Nərgiz Axundova gümüş, Nigar Nəsibova isə bürünc medala sahib olublar.

Mükafatçılarla yanaşı oğlanlar arasında Mətin Mürsəlli (dördüncü yer), Emil Mehrəliyev (beşinci) və qızlar arasında Nuranə Rəhimli (dördüncü) və Nərgiz Quliyeva (beşinci) martın 16-da keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.

Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda ilk üç yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 676 dəfə oxundu.