“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib
“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

“Qırmızı-qaralar” Rasim Ramaldanovu heyətinə qatıblar. Otuz bir yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

R.Ramaldanov Azərbaycanda “Simurq”, “Xəzər-Lənkəran” və “Sumqayıt”da çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan futbolçunun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub.

2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.

Xəbər 629 dəfə oxundu.