Bölgələrdə ağır atletika üzrə respublika yarışlarının seçmə mərhələsi davam edir
Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi davam edir.

Abşeronda start götürən yarışlar hazırda Lənkəranda davam edir. Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı təmsil edən ağırlıqqaldıranlar körpücük üzərinə çıxırlar.

Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Fevralın 1-2-də isə Samuxda Goranboy, Gəncə, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Xəbər 935 dəfə oxundu.