Futzal üzrə Azərbaycan millisi dünyanın ən güclü 10 yığması arasında yer alıb
Futzal üzrə Avropa çempionatının təsnifat mərhələsi başa çatdıqdan sonra milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalıb. Azərbaycan millisinin xal ehtiyatı dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız yenə də planetin 10-cusudur.

Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimizin mövqeyinə gəlincə, Macarıstan 1192 xalla 30-cu, Bosniya və Herseqovina 1129 xalla 38-ci yerdə qərarlaşıb. Təsnifat mərhələsini adlayan Albaniya 843 xalla 77-ci yerdə qərarlaşıb.

Reytinq cədvəlinə 1916 xalla Braziliya millisi liderlik edir. İspaniya 1893 xalla ikinci, Rusiya isə 1766 xalla üçüncü pillədə yer alıb.


Xəbər 636 dəfə oxundu.