“Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir
İranda şahmat üzrə “Fajr Sabalan Cup” beynəlxalq turniri davam edir.

Turnirdə ölkəmizi təmsil edən Azər Mirzəyev növbəti qələbəsini qazanıb. Üçüncü turda ağ fiqurlarla oynayan A.Mirzəyev yerli idmançı Nima Hüseynzadəyə qalib gəlib.

Hesabında 3 xal olan Azərbaycan şahmatçısı iranlı idmançı Ehsan Qaem Məqmi ilə 1-2-ci pilləni bölüşür.

Xəbər 639 dəfə oxundu.