Blatter Qambiyanı hədələdi
FİFA Qambiyanı sanksiyalarla hədələyir. Buna səbəb həmin ölkə hökumətinin Qambiya Futbol Federasiyaları Assosiasiyasını yığma komandanın Afrika Millətlər Kubokundakı uğursuzluğuna görə dağıtması olub. İdman.com.az saytının məlumatına görə, FİFA bəyan edib ki, Qambiyanın gənclər və idman nazirinin təyin etdiyi federasiyanın yeni müvəqqəti rəhbərini tanımaq belə istəmir.

Afrikalılara cümə axşamınadək yaranan münaqişəni həll etmək üçün vaxt verilib. Əks halda Qambiyanın təşkilatdan çıxarılması məsələsi FİFA-nın növbədənkənar toplantısında Zepp Blatter tərəfindən qaldırılacaq. Nəticədə Qambiya bütün beynəlxalq turnirlərdə iştirak hüququndan məhrum olacaq.

Xəbər 916 dəfə oxundu.