Topaz Premyer Liqası: “Qarabağ” “Neftçi”nin müqavimətini qıra bilmədi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü dövrəsinin növbəti oyunu keçirilib.

Çempionatın XV turunun mərkəzi matçı “Qarabağ” ilə “Neftçi” arasında oynanılıb.

Ağdamın “Qarabağ” klubu ən yaxın izləyicisi “Qəbələ”nin xal itirməsindən yararlana bilməyib. Çempionatın lideri Azərbaycan futbolunun flaqmanı ilə heç-heçə edib - 1:1. “Neftçi”nin heyətində Cavid İmamverdiyev birinci hissədə hesabı açıb. “Qarabağ”ın Cənubi Afrika Respublikasından olan hücumçusu D.Ndlovu on bir metrlik cərimə zərbəsindən bərabərlik qolunu vurub.

On beş turdan sonra “Qarabağ” 33 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Qəbələ” 32 xalla ikinci, “İnter” isə 28 xalla üçüncüdür.

Xəbər 631 dəfə oxundu.