Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü dövrəsinə start verilib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü dövrəsinə start verilib.

Çempionatın XV turu çərçivəsində ilk oyun Qəbələdə keçirilib.

“Qəbələ” komandası “Sumqayıt”ı qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Qəbələ”nin heyətində Vitali Vernidub, rəqib komandadan isə Məhəmməd Qurbanov fərqləniblər.

Xəbər 752 dəfə oxundu.