Şahmat üzrə Azərbaycan birinciliyinin seçmə mərhələsində 286 zəka sahibi mübarizə aparır
Salyanda Şahmat Federasiyasının təşkilatçılığı ilə şahmat üzrə Azərbaycan birinciliyinin seçmə mərhələsi keçirilir.

Respublikanın müxtəlif şəhər və rayonlarının təmsilçilərinin iştirak etdiyi yarış fevralın 1-də başa çatacaq. Yarışda 32 şəhər və rayondan 8-16 yaşlı şahmatçılar, ümumilikdə isə 286 nəfər mübarizə aparır. Doqquz turdan ibarət olan mərhələ İsveçrə sistemi üzrə keçirilir.

Qeyd edək ki, ilk üç yeri tutan şahmatçı mart ayında Bakıda keçiriləcək respublika çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 608 dəfə oxundu.