Qadınlar və kişilər arasında boks üzrə Azərbaycan çempionatı davam edir
Qadınlar və kişilər arasında boks üzrə Azərbaycan çempionatı davam edir.

Azərbaycan Boks Mərkəzində təşkil olunan yarışda paytaxt və bölgələri təmsil edən 200-dək dəri əlcək ustası gücünü sınayır.

Yarışın üçüncü günündə 49, 56, 60, 69, 75 və 81 kiloqram çəki dərəcəsində boksçular mübarizəyə qoşulublar.

Əlli altı kiloqramda dünya çempionu olan Cavid Çələbiyev bu dəfə başqa çəkidə rinqə çıxıb. Boksçu 60 kiloqramda ilk qələbəsini qazanaraq növbəti mərhələyə adlayıb. İlk Avropa Oyunlarının bürünc medalını qazanan Tayfur Əliyev (56 kq) və “Rio-2016” Olimpiya Oyunlarının mükafatçısı Kamran Şahsuvarlı (75 kq) da ilk görüşlərini qələbə ilə başa vurublar.

Çempionata yanvarın 30-da yekun vurulacaq.

Xəbər 854 dəfə oxundu.