Bakıda Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq turnir başlayıb
Bakıdakı Respublika Olimpiya Mərkəzində SSRİ-nin və Azərbaycanın Əməkdar İdman Ustası Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq turnir başlayıb.

İki gün davam edəcək yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan 40-dan çox idmançı birincilik uğrunda mübarizə aparır.

2000-ci il təvəllüdlü atletlər arasında təşkil olunan yarışda idmançılar uzunluğa, üç təkanla və Yakut tullanmaları üzrə yarışırlar.

Xəbər 1030 dəfə oxundu.