Avro-2012-nin qalibi İspaniya olacaq
2012-ci il Avropa çempionatının başlanmasına 100 gündən az vaxt şaldığı bir zamanda final və yarımfinal təxminləri qızışdı. İdman.com.az saytının xəbərinə görə, elmi təhlil və statistikalar işığında komanda komandaların qarşılaşmalarda qazanma və ya bərabərə qalma ehtimallarını hesablayan «Castrol EDGE», hər bir komandanın qrupdan çıxa bilmə variantını da açıqladı. Buna görə İngiltərə və Almaniyanın yarımfinalda turnirə vida edə biləcəyini göstərən təhlillər, final üçün İspaniya və Niderlanda şans tanıyır. İspanların finalı qazanma ehtimalı isə 100-də 53-dür.

Fransa və Kristiano Ronaldolu Portuqaliya gözlənilənin əksinə, turnirə erkən vida edə bilər. Hələ ki, baş məşqçisi olmadan yoluna davam edən İngiltərə yarımfinala qədər yüksələ bilər. Amma yarımfinal mübarizəsində Niderlanda yenilmə ehtimalı yüksəkdir.

Yarımfinal mübarizəsində İspaniyanın Almaniya ilə qarşılaşması gözlənilir. Bu matçda İspaniyanın Almaniya qarşısındakı qalibiyyət şansı 100-də 57-di. Almaniya, İspaniya və Niderlanın dörddəbir final matçlarını qazanıb, yarımfinala yüksəlmə şansları 100-də 70-dən yuxarıdır. İngiltərə və İtaliyanın ehtimal olunan dörddəbir final matçında mərhələ adlama şansı 100-də 42, İngiltərənin isə 100-də 58-dir.

Niderlandın ölüm qrupu olan «B» qrupunu keçməsi, final yolunda da Çex Respublikası və İngiltərə ilə qarşılaşması gözlənilir.
İki ev sahibi - Polşa və Ukraynanın qruplardan çıxa biləcəkləri, amma dörddəbir final matçlarından yuxarı yüksəlmə şanslarının çətin olduğu görülür.

Xəbər 1100 dəfə oxundu.