“Neftçi İdman Klubu”nun samboçuları paytaxt birinciliyində 15 medal qazanıblar
Hövsan Olimpiya İdman Kompleksində 1999-2000-ci illər təvəllüdlü yeniyetmələr arasında sambo üzrə Bakı birinciliyi keçirilib. Yarışda 10 çəki dərəcəsi üzrə 165 idmançı qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu”nun samboçuları yarışda birincilikdə əzmlə mübarizə apararaq 15 medal (4 qızıl, 6 gümüş, 5 bürünc) qazanıblar.

Birincilikdə Kənan Babayev (52 kq), Emin Haqverdiyev (60 kq), Mikayıl Aqui (65 kq) və Aslan Qasımov (75 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq paytaxt çempionluğunun sevincini yaşayıblar.

Xəbər 1748 dəfə oxundu.