Sahib Abbasov “Kəpəz”də
“Kəpəz”in əvəzəedici heyətinə qış fasiləsində bir futbolçu cəlb olunub. “Sarı-göylər” Sahib Abbasov ilə güclənib.

Gəncə futbol məktəbinin yetirməsi olan gənc yarımmüdafiəçi ötən mövsüm “Kəpəz”də çıxış etsə də, çempionatın sonunda komandadan ayrılmışdı. Abbasov cari mövsümün ilk yarısını I divizion təmsilçisi “Şəmkir”də keçirib.

Xəbər 671 dəfə oxundu.