“Neftçi İdman Klubu”nun kiçikyaşlı futbolçuları Gürcüstanda uğura imza atıblar
AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalara fasilə verildiyindən “Neftçi İdman Klubu”nun U-17 və U-14 futbol kollektivləri Gürcüstanın Çakvi şəhərində təlim-məşq toplanışında olublar.

Hazırlıq prosesi çərçivəsində U-17 komandamız 3 yoldaşlıq oyunu keçirib. Komandamız “Kabuleti”, “Dinamo” və “Bobokvati” kollektivləri ilə qarşılaşıb və rəqiblərini müvafiq olaraq 6:1, 2:1 və 6:2 hesabı ilə məğlub edib.

U-14 komandamız isə həmin şəhərdə təşkil olunan turnirə qatılıb və bütün görüşləri qələbə ilə başa vuraraq qalib olub. Futbolçularımız “Momavali” (6:1), “Kaspi” (2:1), “Ozurgeti” (3:1) və “Bobokvati” (1:0) komandaları ilə keçirdikləri oyunların hər birində əldə etdikləri inamlı qələbə sayəsində turniri birinci pillədə başa vurublar.

Çakvi şəhər bələdiyyəsi tərəfindən keçirilən turnirin qaliblərinə kubok, medal və diplomlar təqdim olunub.

Xəbər 697 dəfə oxundu.