İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib
İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

“Liverpul” “Sauthempton”, “Mançester Yunayted” isə “Hall Siti” ilə qarşılaşıb.

İlk oyunda rəqibinə 0:1 hesabı ilə məğlub olan “Liverpul” bu dəfə də eyni hesabla yenilərək kubokla vidalaşıb.

“Mançester Yunayted” isə finala məğlubiyyətlə yüksəlib. Belə ki, ilk matçda “Hall Siti”ni 2:0 hesabıyla yenən Joze Mourinyonun komandası cavab qarşılaşmasında 1:2 hesablı məğlubiyyətə rəğmən həlledici matçda “müqəddəslər”ə rəqib olub.

Qeyd edək ki, “Mançester Yunayted” – “Sauthempton” finalı fevralın 26-da keçiriləcək.

Xəbər 614 dəfə oxundu.