Qadın hokkeyçilər Hollandiyaya getdilər
2012-ci il aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamagara şəhərində keçiriləcək London Yay Olimpiya Oyunlarına yeganə vəsiqə uğrunda seçmə turnirdə yarışacaq Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət yığma komandası hazırlığın növbəti mərhələsini Hollandiyada davam etdirəcək. İdman.com.az saytının xəbərinə görə, səfərə çıxan yığmamız həmin ölkədə 10 günlük təlim-məşq toplanışı zamanı yerli klublarla 4 yoxlama oyunu keçirməyi də planlaşdırıb.

Həmin oyunlardan sonra baş məşqçi Adil Paşayevin rəhbərlik etdiyi milli komandamız 17-25 mart tarixində Brüsseldə keçiriləcək London olimpiadasının daha bir seçmə turnirində mübarizə aparacaq Belçika (12 mart) və İrlandiya (14 mart) hokkeyçiləri ilə daha 2 sınaq matçında qüvvəsini sınayacaq. Xatırladırıq ki, Brüssel şəhərində yeganə vəsiqə uğrunda İspaniya, Meksika, Fransa və Rusiya yığmaları da yarışacaq.

Xəbər 1075 dəfə oxundu.