"Qəbələ"nin futbolçusuna Türkiyə Superliqasından təklif
Son günlərdə "Bursaspor" klubu gündəmdədi. Millimizin baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparan "timsahlar" Azərbaycandan əliboş qayıtmaq istəmir. Belə ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi "Qəbələ"dən Filip Ozobiçi də heyətinə qatmaq istəyir. Transferin baş tutması üçün qardaş ölkə klubunun "qırmızı-qaralar"a müraciət edəcəyi iddia olunur.

Xəbər 594 dəfə oxundu.