AVRO-2018-in seçmə mərhələsindəki rəqiblərinin tam siyahısı müəyyənləşib
Futzal üzrə Azərbaycan millisinin AVRO-2018-in seçmə mərhələsindəki rəqiblərinin tam siyahısı müəyyənləşib.

Yığmamızın sonuncu rəqibi Albaniya olub.

Təsnifat mərhələsinin D qrupunun qalibi olan albaniyalılar Bakıda keçiriləcək seçmə mərhələyə vəsiqə əldə edib. Onlar qrup birinciliyini iki turdan sonra rəsmiləşdirib.

Qeyd edək ki, AVRO-2018-in final mərhələsi Sloveniyada keçiriləcək.

Xəbər 730 dəfə oxundu.