Yanvarın 26-da “Avro-2019”un seçmə mərhələsinin püşkü atılacaq
Yanvarın 26-da İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbirdə Azərbaycanı U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə və AFFA-nın texniki direktorunun müavini Zaur Hacı-Məhərrəmov təmsil edəcəklər.

Xəbər 588 dəfə oxundu.