“Çelenc Cup”ın 1/8 final mərhələsinə start verilib | |
Qadın voleybolçular arasında “Çelenc Cup”da 1/8 final mərhələsinə start verilib. Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib. Türkiyədə baş tutan matç təmsilçimizin komandasının məğlubiyyəti ilə başa çatıb. “Çanakkale Bld” 0:2 hesabı ilə geri düşdükdən sonra status-kvonu bərpa etsə də, tay-berkdə yunanlar sevinib – 3:2 (20:25, 24:26, 25:15, 25:19, 9:15). Kulan qarşılaşmada ən yaxşı hücumçu seçilib. O, topladığı 23 xaldan 20-sini hücumda qazanıb. Komandalar arasında cavab oyunu fevralın 7-də olacaq. |
|
Xəbər 582 dəfə oxundu. |
|
|