Şikar Bədəlov: Azərbaycanı növbəti yarışlarda da uğurla təmsil edəcəyəm
Azərbaycan idmançısı Şikar Bədəlov “Qəhrəmanların döyüşü” devizi altında Düsseldorfda keçirilən kikboksinq üzrə Avropa çempionatının qalibi olub.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan Ş.Bədəlovun rəqibi pakistanlı idmançı olub.

Ş.Bədəlov jurnalistlərə açıqlamasında bildirib ki, bu, peşəkar döyüşlərdə böyük uğurlar qazanan pakistanlı idmançının ilk məğlubiyyəti olub. O, mayın 27-də Almaniyada keçiriləcək və 15 ölkədən 50-yə yaxın idmançının qatılacağı “Fight Fijen 5” yarışında da Azərbaycanı uğurla təmsil etmək üçün səylə hazırlaşdığını diqqətə çatdırıb.

Xatırladaq ki, azərbaycanlı idmançı keçirdiyi üç peşəkar döyüşün ikisində qalib gəlib və yalnız bir görüşdə məğlub olub.

Xəbər 669 dəfə oxundu.