Paracüdo üzrə milli komandamız Avstriyada təlim-məşq toplanışında olub
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə olimpiyaçı cüdoçularla birlikdə Avstriyada təlim-məşq toplanışında iştirak edib. Toplanış uğurla başa çatıb və idmançılarımız artıq vətənə qayıdıblar.

Azərbaycanda paracüdo idmanının inkişafı və geniş vüsət alması məqsədilə milli komandanın heyətinə kişi və qadın idmançılar cəlb olunub. Kişilərdən ibarət milli komandanın məşqçisi İbrahim İbrahimov, qadınlardan ibarət milli komandanın məşqçisi isə London Paralimpiya Oyunlarının çempionu Ramin İbrahimovdur.

Paracüdo üzrə respublika çempionatı fevralda keçiriləcək.

Xəbər 627 dəfə oxundu.