Gülnarın ilk məğlubiyyəti
Türkiyənin Qaziantəp şəhərində keçirilən qalınlar arasında Avropa çempionatının 5-ci turunda Gülnar Məmmədova litvalı Viktoriya Çmiliteyə yenilərək 3 xalla 21-ci pilləyə enib. İdman.com.az saytının məlumatına görə, sonrakı pilləni eyni xalla bu tur rusiyalı Natalya Poqoninayla xal bölən Zeynəb Məmmədyarova tutur. Turnir cədvəlinə 4,5 xalla fransalı Marie Sebaq, rumıniyalı Kristina-Adela Foysor macarıstanlı Tranq Tan Hoanq başçılıq edirlər.

Xəbər 982 dəfə oxundu.