Petar Franyiç karyerasını Sloveniyada davam etdirəcək
“Qəbələ” ilə müqaviləsinə xitam verilən Petar Franyiçin yeni klubu müəyyənləşib.

Xorvatiyalı yarımmüdafiəçi karyerasını Sloveniyada davam etdirəcək.

Belə ki, Franyiç “Domjale” klubu ilə anlaşıb. Razılaşmaya əsasən, o, 2018/2019 mövsümünün sonuna qədər bu komandanın formasını geyinəcək.

Məlumat klubun rəsmi saytı vasitəsilə yayılıb. Franyiç dünən “Domjale”nin heyətində ilk məşqinə çıxıb.

Yeni komandası barədə danışan sabiq “Qəbələ”li bunları deyib: “Domjale”yə keçənə qədər bir neçə insanla məsləhətləşdim. Onlar mənə bunun yaxşı seçim olduğunu bildirdilər. Dedilər ki, “Domjale” yaxşı təşkilatlanmış, Sloveniyada ən baxımlı oyun göstərən komandadı. Burda uğur qazanmaq üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, Petar Franyiç “Qəbələ”yə ötən ilin yayında Xorvatiyanın “Split” klubundan keçmişdi.

Xəbər 616 dəfə oxundu.