“Mançester Siti” Serxio Aquero ilə müqavilə müddətini uzadıb
“Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola hücumçu Serxio Aqueronu satacaqları ilə bağlı xəbərləri təkzib edib.

O, argentinalı futbolçu ilə müqavilənin müddətini uzatdıqlarını, lakin bunun rəsmi şəkildə açıqlanmadığını söyləyib. Ehtimal edilir ki, müqavilənin müddəti ötən il artırılıb.

Qeyd edək ki, cari mövsüm 15 oyuna 11 qol vuran 28 yaşlı oyunçunun “Real”a keçəcəyi barədə məlumatlar yayılmışdı.

Xəbər 721 dəfə oxundu.