Vitali Mutko: Birlik Kubokunun yenidən təşkili ilə bağlı azərbaycanlı həmkarlarımızdan tutarlı təkliflər almışıq
Birlik Kubokunun yenidən təşkili ilə bağlı azərbaycanlı həmkarlarımızdan tutarlı təkliflər almışıq.

Bunu “sport-weekend” qəzetinə müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Birlik Kubokunun gələcək taleyi ilə bağlı açıqlamasında deyib.

V.Mutko mövzu ilə bağlı UEFA prezidenti Aleksander Çeferinlə fikir mübadiləsi apardığını da gizlətməyib: “Əgər klubları yenidən Birlik Kubokuna cəlb etmək istəyiriksə, bunun necə təşkil olunması haqda düşünmək lazımdır. Məsələn, yarışı cənubda keçirmək olar. Bunlardan bir variantı Soçidir. Azərbaycandan olan həmkarlarımızdan da tutarlı təkliflər almışıq. Mükafat fondu məsələsini yenidən gündəmə gətirib artırmaq olar. Turnirin gənclərdən ibarət yığmalar arasında keçirməsi isə uğursuz variantdır”.

Qeyd edək ki, 1993-cü ildən postsovet məkanı klubları arasında keçirilən Birlik Kuboku 2011-ci ildə dayandırılıb. Həmin müddət ərzində öIkəmizin “Neftçi”, “Xəzər-Lənkəran” və “İnter” komandaları da turnirin qalibi olmağı bacarıblar. Bundan sonra turnir gənclər və aşağı yaş qrupları yığmaları arasında keçirilib. Ötən ilin iyulundan isə V.Mutko belə bir yarışın artıq təşkil olunmayacağını açıqlayıb.

Xəbər 751 dəfə oxundu.