“Barselona” 19-cu turda “Eybar”ın qapısından dörd cavabsız top keçirib
İspaniyanın “Barselona” komandası La Liqanın 19-cu turunda səfərdə “Eybar” komandasını 4:0 hesabı ilə darmadağın edib.

Oyun “Barselona”nın “qızıl üçlüyü”nün – Lionel Messi, Luis Suares və Neymarın gözəl oyunu ilə yadda qalıb. Kataloniya təmsilçisinin ilk qolunu matçın 31-ci dəqiqəsində Denis Suarez vurub. Fasilədən sonra oyunda üstünlüyü tamamilə ələ alan “Barselona”nın heyətində Lionel Messi (50), Luis Suarez (68) və Neymar (90+1) “Eybar” üzərində çoxqollu qələbəni rəsmiləşdiriblər.

Bu matçda vurduğu qol Neymarın “Barça”nın heyətində 94-cü qolu olub. Bununla da o, həmyerlisi Ronaldinyonun “Barselona”dakı göstəricisini təkrarlayıb. Ronaldinyo 94 qolu 207 oyunda vurduğu halda, Neymar buna 164 oyunda nail olub.

“Eybar” üzərində qələbədən sonra xallarının sayını 41-ə çatdıran “Barselona” bir oyun az keçirən “Real Madrid”dən iki, “Sevilya”dan isə bir xal geridədir.

Bu tur çərçivəsində yanvarın 21-də lider “Real Madrid” “Santyaqo Bernabeu”da “Malaqa”nı (2:1), “Sevilya” isə səfərdə autsayder “Osasuna”nı (4:3) məğlub edib.

Xəbər 754 dəfə oxundu.