Ueyn Runi yeni rekorda imza atıb
İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi komandanın heyətində vurduğu qolların sayına görə Bobbi Çarltonun 44 il əvvəl müəyyənləşdirdiyi rekordu yeniləyib.

31 yaşlı futbolçu İngiltərə çempionatının 22-ci turunda səfərdə “Stok Siti” ilə oyunda fərqlənib. 2004-cü ildən “Mançester Yunayted”in heyətində çıxış edən Runi bu qarşılaşmada 250-ci qolunu vurub.

Xatırladaq ki, 1954-1973-cü illərdə klubun heyətində yer alan Bobbi Çarlton komandadakı karyerası ərzində 249 qol vurmuşdu.

Xəbər 712 dəfə oxundu.