“Telekom” voleybol komandası Azərbaycan Super Liqasında liderliyini davam etdirir
Yanvarın 21-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasının üçüncü dövrəsinə start verilib.

“Gənclik” Olimpiya İdman Kompleksində “Telekom” komandası “Azəryol”u qəbul edib.

Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Telekom” komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 21 xalla “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 16 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 597 dəfə oxundu.