Millimiz beynəlxalq turniri doqquzuncu pillədə başa vurub
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turniri 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması doqquzuncu pillədə başa vurub.

Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9-cu yer uğrunda görüşdə Belarus yığması ilə üz-üzə gəlib.

Azərbaycan yığması bu yer uğrunda mübarizə aparmaq üçün ilk olaraq İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib. Millimiz həlledici matçda penaltilər seriyasında üstün olub. Uzatma dəqiqələrində vurduğu bərabərlik qolu ilə mübarizənin taleyini oyun sonrası 11 metrlik cərimə zərbələrinə saxlayan U-19 yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.


Xəbər 767 dəfə oxundu.