“Zirə” transfer çalışmalarını davam etdirir
Təlim-məşq toplanışını Antalyada keçirən “Zirə” transfer çalışmalarını davam etdirir.

Yanvarın 21-də bakılıların sırasına daha bir futbolçu qoşulub. Belə ki, komanda nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.

Karyerasına vətənində başlayan Akim bundan sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi, həmçinin Nigeriya yığmasının da formasını geyinib. Yığmada 6 matçda iştirak edən 27 yaşlı sağ cinah müdafiəçisinin son klubu “Alanyaspor” olub.

Qeyd edək ki, bu, “Zirə”nin qış fasiləsində ikinci transferi olub. Komanda buna qədər “Qəbələ”dən müdafiəçi Sadiq Quliyevi heyətinə cəlb etmişdi.

Xəbər 824 dəfə oxundu.