Taekvando üzrə ölkə çempionatının birinci günündə beş çəki dərəcəsində yarışlar keçirilib
Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən böyüklər arasında ölkə çempionatının birinci günündə beş çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qızların yarışında Paniz Esmaeilpur (49 kq), Gülhanım Yeşildal (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion adına sahib olublar.

Oğlanların mübarizəsində isə Qaşım Maqomedov (54 kq), Ələsgər Əliyev (68 kq) və Elvin Məmmədov (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Respublika çempionatının sonuncu günündə kişi taekvandoçular 58, 63, 80, 87 və 87 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qadınlar arasında isə yarışlar 46, 57, 62, 67, 73 və 73 kiloqramdan yuxarı çəki dərəcələrində keçiriləcək.

Xəbər 1329 dəfə oxundu.