Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən yeni təyinat alıb
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Beynəlxalq dərəcəli hakim Eldar Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Vakıfbank” (Türkiyə) – “Drezdner” (Almaniya) görüşünün ikinci hakimi olacaq. Görüşə baş hakim kimi fransalı Lois Quest təyinat alıb.

Oyun yanvarın 25-də İstanbulda təşkil olunacaq.

Xəbər 654 dəfə oxundu.