Futbol üzrə Almaniya çempionatında qış fasiləsi başa çatıb
Futbol üzrə Almaniya Bundesliqasında qış fasiləsi başa çatıb.

İlin ilk oyununda “Frayburq” lider “Bavariya”nı qəbul edib. Münxen klubu ikinci dövrənin ilk görüşündə əvvəlcə hesabda geri düşsə də, sonda qələbə qazanmağı bacarıb. Robert Levandovski dubl ilə yadda qalıb. Belə ki, forvard hesaba tarazlıq gətirdikdən sonra qarşılaşmaya əlavə olunmuş birinci dəqiqədə yenə adını tabloya yazdırıb – 2:1.

Beləliklə, Karlo Ançelottinin yetrmələri tura qələbə ilə başlayıblar.

Xəbər 851 dəfə oxundu.