Azərbaycan millisi Sudan yığması ilə qarşılaşıb
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Sudanın U-20 komandası ilə qarşılaşan yığmamız 1:4 hesablı məğlubiyyətə uğrayıb. Komandamızın qolunu Ramil Həsənov vurub.

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar futbolçularımız oyuna qara sarğı ilə çıxıblar.

Azərbaycan–Sudan qarşılaşmasını milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyiblər.

Xəbər 700 dəfə oxundu.