U-21 yoxlama oyununda məğlub olub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Sudanın U-20 komandası ilə qarşılaşan yığmamız 1:4 hesablı məğlubiyyətə uğrayıb. Komandamızın qolunu Ramil Həsənov vurub.

20 yanvar – Ümumxalq hüzn günü ilə əlaqədar futbolçularımız oyuna qara sarğı ilə çıxıb.

Azərbaycan U-21 – Sudan U-20 qarşılaşmasını milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyib.

Xəbər 627 dəfə oxundu.