Gənclər arasında taekvando üzrə respublika birinciliyinə yekun vurulub
Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən gənclər arasında respublika birinciliyi başa çatıb.

Yanvarın 17-də başlayan və üç gün davam edən turnirin sonuncu günündə 7 çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızların yarışında Nərgiz Babayeva (46 kq), Nərmin Süleymanova (52 kq), Diana Hacıəliyeva (55 kq), Cənnət Balakişiyeva (59 kq) rəqiblərinə qalib gələrək çempion adına sahib olublar.

Oğlanların yarışında isə Qasım Aslanov (59 kq), Niyaz Zülfüqarlı (68 kq) və Orxan Tağızadə (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yanvarın 20-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında respublika çempionatına start veriləcək. Yarışda Bakıda və bölgələrdə fəaliyyət göstərən komandaların heyətində 230 idmançı çempionluq uğrunda mübarizə aparacaq.

Xəbər 998 dəfə oxundu.