“Mançester Yunayted” 2015/2016-cı il futbol mövsümündə dünyanın ən gəlirli klubu olub
“Mançester Yunayted” 2015/2016-cı il futbol mövsümündə dünyanın ən gəlirli klubu olub.

İngiltərə təmsilçisi bundan əvvəl 11 mövsüm qazancına görə, hegemonluq edən Madridin “Real” komandasını geridə qoymağı bacarıb.

“Deloitte” beynəlxalq audit və analitik şirkətinin illik hesabatında bildirilib ki, “qırmızı şeytanlar” ötən mövsüm 689 milyon avro (515,3 funt sterlinq) qazanc əldə ediblər. Bu göstərici daha öncəki illə müqayisədə 170 milyon avro çox gəlir deməkdir. Bütövlükdə, 12 faiz (7,4 milyon avro) artımla İngiltərə Premyer Liqasında mübarizə aparan 20 klub üçün də 2015/2016-cı il futbol mövsümü rekord göstərici ilə yadda qalıb.

İspaniya nəhəngləri - “Barselona” (620,2 milyon avro) ikinci, “Real” isə (620,1 milyon avro) üçüncü olub. İlk beşliyi “Bavariya” (Almaniya, 592 milyon avro) və “Mançester Siti” (524,9 milyon avro) tamamlayır.

Beynəlxalq şirkətin nümayəndəsi Den Consun məlumatına görə, “Mançester Yunayted”in rekord qazancı kommersiya fəaliyyətində fenomenal sıçrayışla əlaqədardır.

Xəbər 464 dəfə oxundu.