Türkiyənin basketbol millisinə yeni çalışdırıcı gətirilib
Kişilərdən ibarət basketbol üzrə Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə Türkiyə Basketbol Federasiyasının (TBF) prezidenti Hidayət Türkoğlu açıqlama verib.

O, bildirib ki, Ermin Atamanı Ufuk Sarıca əvəzləyib. Yığma komandada işləməsinə baxmayaraq, U.Sarıca “Beşiktaş” klubundakı baş məşqçilik vəzifəsinə də davam edəcək.

Yeni baş məşqçi bu il keçiriləcək Avropa çempionatında uğur qazanmağı hədəflədiklərini bildirib.

Qeyd edək ki, Ufuk Sarıcanın rəhbərlik etdiyi klub Super Liqada 14 oyundan 11-də, Çempionlar Liqasında isə 12 qarşılaşmanın 10-da qələbə qazanıb.

Xəbər 1826 dəfə oxundu.