“Avro-2020”nin Sankt-Peterburq loqosu təqdim olunub
2020-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatının loqosunun təqdimat mərasimi olub.

Mərasimdə UEFA prezidenti Aleksander Çeferin və Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko da iştirak ediblər.

Tədbirə qurum rəhbərləri ilə yanaşı, şəhər qubernatoru Georgiy Poltavçenko, əfsanəvi futbolçular, şəhərin idmançıları və sakinləri də qatılıblar.

Bütün loqolarda olduğu kimi, Sankt-Peterburqun rəmzində də körpü əks olunub. Bu, Neva sahilindəki Dvortsovski körpüsüdür. Körpü ölkələr və azarkeşlər arasında birliyi əks etdirir.

Qeyd edək ki, “Avro-2020” Avropanın 13 şəhərində keçiriləcək. Futbol azarkeşləri Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) bir araya gələcəklər.

Xəbər 803 dəfə oxundu.