Taekvando üzrə respublika birinciliyi başa çatacaq
Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən respublika birinciliyi davam edir.

Turnirin ikinci günündə səkkiz çəki dərəcəsində mübarizə aparılıb. Qızların yarışında Mehriban Məmmədova (44 kq), Zalikə Babayeva (49 kq), Şəms Həsənova (68 kq), Rafaella Hüseynova (+68 kq) bütün rəqiblərinə qalib gələrək respublika çempionu adına sahib olublar. Oğlanların yarışında isə Məhəmməd Əlizadə (48 kq), Samir Məhərrəmov (51 kq), Cavad Ağayev (63 kq) və Həsən İbrahimov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yanvarın 19-da – çempionatın sonuncu günündə oğlanlar 59, 68 və 78 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qızlar isə 46, 52, 55 və 59 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar.

Turnirdə Bakıda və bölgələrdə fəaliyyət göstərən komandaların təmsilçiləri medallar uğrunda yarışırlar.

Xəbər 897 dəfə oxundu.