“Zirə” komandası Türkiyədə ilk qələbəsini qazanıb
“Zirə” futbol klubu Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu keçirib.

“Qartallar” Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) qarşılaşıblar.

Matçın ilk dəqiqələrindən komandamız oyuna nəzarəti ələ alsa da, qol rəqibdən gəlib. Görüşün ilk yarısı Qırğızıstan təmsilçisinin üstünlüyü ilə başa çatıb.

“Qartallar” ikinci hissədə istəklərinə nail olublar. Əvvəlcə Milan Duriç cərimə zərbəsindən baxımlı qola imza atıb. Oyunun 75-ci dəqiqəsində isə Vüqar Mustafayev fərqlənib.

Beləliklə, “Zirə” ilk yoxlama oyununda 2:1 hesablı qələbə qazanıb.

Komandamız növbəti yoxlama oyununu yanvarın 22-də Bolqarıstanın “Lokomotiv” (Qorna) klubuna qarşı keçirəcək.

Xəbər 798 dəfə oxundu.