“Qəbələ” futbol komandası növbəti yoxlama matçını keçirib
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol komandası növbəti yoxlama matçını keçirib.

Rəqib Rumıniyanın “Qaz Metan” komandası olub.

Görüş “Qəbələ”nin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 30-cu dəqiqədə Filip Ozobiç vurub.

Baş məşqçi Roman Qriqorçuk start heyətdə Dmitri Bezotosnı, Rikardinyo, Vojislav Stankoviç, Tellur Mütəllimov, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Cavid Hüseynov, Filip Ozobiç, Ruslan Qurbanov və Sergey Zenyova şans verib.

Oyunun gedişində Roman Hüseynov, Rafael Santos, Araz Abdullayev, Teo Uiks, Rəşad Eyubov, Asif Məmmədov və Hacıağa Hacıyev də meydana çıxıblar.

Xəbər 910 dəfə oxundu.