“Qarabağ” futbol klubunun Antalyada təlim-məşq toplanışı davam edir
Ağdamın “Qarabağ” futbol klubunun Antalyada təlim-məşq toplanışı davam edir.

Azərbaycan çempionu ikinci yoxlama matçında Rumıniyanın “Styaua” klubu ilə qarşılaşıb.

Matça sürətli başlayan komandamız ilk olaraq Dani Kintana ilə qola yaxınlaşsa da, onun zərbəsi rəqib müdafiəçiyə tuş gəlib. Bir neçə dəqiqə sonra Dani Kintananın cərimə meydançasına ötürməsini Dino Ndlovu qolla tamamlayıb. İlk hissə “Qarabağ”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə də komandamız fərqlənib. Matçın 59-cu dəqiqəsində Muarem Muarem ikinci topu rəqib qapısından keçirib.

Beləliklə, görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 842 dəfə oxundu.