“İnter” futbol klubu ikinci yoxlama oyununda gücünü sınayıb
Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu ikinci yoxlama oyununda gücünü sınayıb.

Bakı təmsilçisi Rumıniyanın “Botoşani” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“İnter”in heyətində Mirsahib Abbasov fərqlənib.

Qeyd edək ki, “İnter” ilk yoxlama oyununda Qazaxıstanın “Ordubaşı” komandası ilə üz-üzə gəlib və görüşdə hesab açılmayıb.

Xəbər 438 dəfə oxundu.