Ötən il lənkəranlı şahmatçılar üçün uğurlu olub
Ötən il lənkəranlı şahmatçılar üçün uğurlu olub. Zona birinciliklərində, respublika çempionatlarında, turnirlərdə və müxtəlif beynəlxalq yarışlarda zəkasını sınayan idmançılar bu yarışlarda 34 medal qazanıblar.

Lənkəran Şəhər Şahmat Məktəbinin zəka sahiblərinin ötən il ölkədaxili yarışlarda qazandıqları 24 medaldan 13-ü qızıl, 4-ü gümüş, 7-i isə bürünc, beynəlxalq yarışlarda qazanılan 10 medaldan isə 2-si qızıl, 6-sı gümüş və 2-si bürünc medal olub.

Cari ildə də uğurlarını təkrarlamağı planlaşdıran şahmatçılar yanvar ayının sonlarında növbəti yarışda iştirak edəcəklər. Salyan rayonunda keçiriləcək yarışda Lənkəranı 20-ə yaxın şahmatçı təmsil edəcək.

Xəbər 683 dəfə oxundu.